Məqalələr Təhlükəsizlik

Zərərli Kodlar – Malicious Code

Malware (Malicious Software) 

Sistemlərə, cihazlara,şəbəkələr və insanlara zərər vermək üçün hazırlanmış müxtəlif növlü program hissələridir. Malware –ların  məlumat toplayan növləridə vardır. 

Malware-a aid olan zərərli kodlar: Virus, Worms, Trojans, Spywares, Rootkit, Ransomwares 

Virus 

Öz-özünü kopyalayabilən və yayılaraq sistemi dəyişdirən programlardır. İşə salınana qədər gözləmədə qalır. 

Növləri: Boot, Web scripting, Hijacker, Resident, Polymorphic, Macro 

Boot – OS açıldıqda işə düşür. Adlarını sistem file-ların adlarına uyğun yazırlar ki gizlənə bilsinlər. 

Web Scripting – Web saytlarda və browerlərdə olan boşluqlardan istifadə edir. 

Hijacker – Browserlərin funksiyanallığını ələ keçirib fərqli saytlara yönəldir. 

Resident – RAM –a yerləşir 

Polymorphic – Ativirusdan qaçmaq üçün hər açılışda kodunu yeniləyir. 

Macro – Öz kodunu filellara (əsasən EXCEL) əlavə edir. 

Fileless Viruses 

Normal viruslara bənzəyir.  E-mail və websaytlar ilə yayılır. Browserlərin boşluqlarından faydalanırlar. Əgər sistemə keçməyin bir yolunu taparlarsa özlərini Ram-a yazırlar və sistemi söndürüb yandırsan belə yenidən özlərini işə sala bilirlər. Özlərini heç bir file-a yazmırlar çünki yaşamları müddətində RAM –da olurlar. 

Worms 

  • Viruslardan fərqli olaraq file və programlara qarışmazlar. 
  • Onu nəyinsə hərəkət keçirməyinə ehtiyacları yoxdur. 
  • Öz-özünü kopyalayıb və yaya bilirlər. 
  • Backdoor yaratma, File silmə, Məlumat sızdırma, BOTNET-ə salma kimi işləri görə bilirlər. 

Məhşurları arasında Stuxnet vardır. 

Trojans 

  • Faydalı kimi gösənirlər. 
  • Faydalı kimi görsənən file və programlarla gəlirlər. 
  • Virusa və Worms  bütün xarakteristikalarını özlərində daşıyırlar. 

Bir çox növü vardır. Onlardan bəziləri: 

Backdoor – Komputerdə arxa qapı açır və sahibinin komputerə qoşulmasını təmin edir. 

Exploit – Hədəfdə işləyən bir kodu və ya programı hədəf alaraq sızırlar. 

Trojan-Banker – Kartları və ödəmə sistmelərini qırmayı hədəfləyirlər. 

Trojan- DDOS – Düşdüyü bir cihazdan başqa bir cihaza DDOS attack ederler. 

Trojan-FakeAV – Antivirus kimi hərəkət edir. Silmək istəyən vaxtı pul tələb edir. 

Trojan-Spy – Klaviatura inputlarını və ekran görüntüsünü almaq üçün istifadə edirlər. 

Trojan-RAT – (Remote Access Trojan) Maus kontroluna qədər bütün istifadəçi icazələrini attackerə verir. 

Spywares 

  • Istifadəçinin cihazına düşdükdən sonra istifadəçinin həssas məlumatların oğurlamağı hədəfləyir. 
  • Şifrələri, E-mailleri, browser history, Log file kimi məlumatları sahibinə göndərir. 

Rootkit 

  • OS-nin kernelinə düşdüyü üçün ən təhlükəli malware sayılırlar. 
  • Tam icazə ilə işlədikləri üçün etdiklərində sərhəd yoxdur. 
  • Tapılması və silinməsi çox çətindir. 
  • İoT cihazlarını hədəf ala bilirlər. 
  • Virus, Worms və Trojan -ların bütün xarakteristikalarını özlərində daşıyırlar. 

Növləri:  

Kernel Rootkit – Kernel səviyyəsində işləyir. 

Firmware Rootkit – Firemware –lərdə işləyə bilir. 

App Rootkit – Program səviyyəsində işləyir. 

Mem Rootkit – RAM –da işləyirlər və yaxşı gizlənirlər. 

BootLoader Rootkit –  Boot fayllarda gizlənirlər və antiviruslara görsənmirlər. 

Library Rootkit lİb faylları hədəf alırlar. 

Hypervisor Rootkit – Virtualizasiya platforma layerlrində gizlənirlər. 

Ransomware 

  • File sistemini hədəf alaraq kriptolayır. 
  • Decrypt etmək üçün pul tələb edirlər. 

Ən məhşurlarından WannaCry vardır. 139 və 445 portları üstündən , EternalBlue (MS17-010) boşluğunu istifadə etmişdir. 

Rustam
Author: Rustam

Rəy yaz