Database Məqalələr

Oracle Sertifikasiyası: Qeydiyyat və İmtahan Prosesi

Bu məqalədə Oracle imtahanlarına bilet almaq, bileti təsdiq etmək və imtahan vaxtını təyin etməyi sizinlə bölüşəcəm.

1-ci mərhələ: Oracle saytından qeydiyyatdan keçmək.

Bunun üçün bu link-ə daxil olun View Accounts bölməsini açın, Create an Account bölməsini seçin.

Açılan pəncərədə ulduz ilə işarələnmiş bütün bölmələri doldurun və Create Account vurun.

Qeyd etdiyiniz mailə təsdiqləmə linki gedəcək. Mailinizə daxil olun və təsdiq edin.

Artıq qeydiyyat tamamlanmışdır.

2-ci mərhələ: İmtahan biletinin satın alınması.

İmtahana giriş biletini almaq üçün Oracle-ın saytında, menyu bölməsindən Resources vurun və alt menyudan Training and Certification seçin.

Açılan pəncərədən Buy bölməsini seçirik.

Səhifəni yuxarı etdikdə qarşımıza aşağıdakı bölmə çıxır. Oracle yenilənmiş siyasətində imtahanları 3 qrupa ayırır. Sizin imtahan vermək istədiyiniz istiqamət bu bölmələrdən birində yerləşir. Almaq istədiyiniz sertifikatın hansı bölmədə olduğunu bilmək üçün View included exams(PDF) düyməsini vurun. PDF yükləyib istədiyiniz sertifikat imtahanının bu 3 bölmədən hansında olduğunu öyrənə bilərsiniz. Bileti aldıqdan sonra 6 ay müddətində etibarlıdır.

Biz Oracle Database SQL 1Z0-071 sertifikat imtahanı üçün qeydiyyat edəcəyik amma digər imtahanlar da oxşar proseslə olur. Oracle Database SQL 1Z0-071 sertifikat imtahanı Oracle Technology Exam Subscription bölməsinə daxildir. Buy düyməsini vurub satınalmağa davam edirik.

Qarşımıza belə bir səhifə çıxır. Burada 1-ci Sign in edirik. Oracle hesabınız ilə daxil olun və yenidən bu pəncərə açılacaq. Add to Cart edib 1 sertifikat imtahanı şansını səbətə əlavə edirik.

Sonra səbətə gedin, hərşeyin doğru olduğundan əmin olduqdan sonra Checkout düyməsini vurun.

Ödəniş və ünvan məlumatları səhifəsi qarşınıza çıxacaq. Bu məlumatları doldurun və ödənişi edin.

Ödəniş tamamlandıqdan sonra sizə mail vasitəsi ilə ödəniş məlumatları gələcək.

3-cü mərhələ: İmtahan seçimi və imtahan vaxtının təyini.

Bir və ya bir neçə gün sonra sizə 2-ci mail gələcək. Bu mail aşağıdakı kimi olub və çox önəmlidir.

Bu maildə Exam Attempts Administration tool üzərində vurub linki browserdə açırıq və qarşımıza belə bir pəncərə çıxır. Burada Assign Attempts vururuq.

Açılan pəncərədən Assign Exam Attempts düyməsini sıxırıq.

Oracle saytında qeydiyyatdan keçdiyiniz maili Email hissəsinə yazırsınız. Number of Attempts bölməsinə 1 yazırıq. Bu imtahanı göstərdiyimiz mailə assign edir. Sonra Add To List düyməsini vururuq.

Bu mailə assign etdiyimizi son olaraq Submit düyməsini vurub təsdiq edirik.

Ekranda aşağıdakı bildirişi gördünüzsə artıq sevinə bilərsiniz. Çünki imtahan bileti artıq sizin mailə assign olundu. Bunun ilə bağlı sizə məlumatlandırıcı mail gələcəkdir.

Artıq imtahan vaxtını təyin edə bilərik. Bunun üçün daxil oluruq yenidən https://mylearn.oracle.com/ saytına. Daxil olduğumuz zaman bizə aşağıdakı təsdiq mesajı gəlir və Activate edirik.

Eyni saytda My Account -> My Exam Wallet səhifəsində vaucheri görə bilərik.

Sonra eyni saytda Home səhifəsində biraz aşağı düşürük və qarşımıza aşağıdakı bölmə çıxır. Üzərində kliklədikdə bizi imtahanların seçimi olduğu bölməyə aparır.

Database seçim edib sağ aşağıda bizə aid olan imtahanı tapırıq.

Schedule your exam düyməsini vurub tarixi və saatı təyin edirik. Bu zaman sizdən istənilən zaman və şəxsi məlumatları daxil edib təsdiq edirsiniz. Sonda sizə imtahan zamanı ilə bağlı mail gələcəkdir.

Oracle imtahan qeydiyyatını tamamladıq.

Əlavə olaraq qeyd edim ki, İmtahan vaxtının dəyişdirilməsi və ya təxirə salınması planlanmış imtahan saatında ən az 24 saat əvvəl olmalıdır. Əks halda imtahana daxil olmasanız imtahan biletiniz istifadə olunmuş kimi qeyd olunacaq. İmtahandan qısa müddət öncə imtahanla bağlı xatırlatma maili gələcəkdir.

Hər kəsə imtahanda uğurlar arzu edirəm.

Oxuduğunuz üçün təşəkkürlər.

Rustam
Author: Rustam

1 rəy

Rəy yaz