IT Support Məqalələr Şəbəkə

OpenDNS ilə istənilməyən saytları bloklayın

Bəzi saytları əngəlləməyin bir çox səbəbi ola bilər. Ola bilərki siz ev şəraitində uşaqların bəzi saytlardan istifadə etməsini istəmirsiz. Başqa bir səbəb siz kiçik bir şirkətin əməkdaşlarının icazə verdiyiniz saytlara daxil ola bilməsini istəyirsiniz.

Bu məqalədə yazılanları tətbiq etsəniz səbəbindən aslı olmayaraq ən az xərclə 100% nəticə əldə edəcəksiniz.

DNS nədir və necə işləyir.

DNS (Domain Name System) ən sadə formada veb saytların adını oxuyub İP ünvana çevirə bilən bir texnologiyadır. Biz veb brauzerə sayt adı (URL) məsələn www.google.com yazdıqımızda DNS-ə aid cədvələ baxır. Həmin domain adının qarısında hansı İP qeyd olunubsa müraciəti o İP-ə edir. Veb serverdən gələn məlumatı yəni saytı veb brauzer göstərir. Daha ətrafli məlumatı bu linkdən öyrənə bilərsiniz.

DNS-dən istifadə etməklə saytları necə bloklayacağımıza baxaq.

Biz veb brauzerdə sayt adı yazdıqımızda müraciəti bizim qurduğumuz DNS-ə yönləndirəcək. DNS cədvəlində icazə verdiyimiz və blokladığımız sayt domainlərini control edəcək. Və nəticədə icazə olan saytlar işləyəcək əks halda bloklanma ilə bağlı ekrana bildiriş çıxacaq. Bu prosesdə bizə CİSCO şirkətinə məxsus olan OpenDNS yardımçı olacaq

  1. Birinci addımda OpenDNS saytından verdiyim linkdən qeydiyyat etmek lazımdır. Qeydiyyatdan sonra Login olmaq üçün link budur.

2. Sayta daxil olduqdan sonra Home səhifəsi açılacaq. Settings bölməsinə keçid edirik. Burada İP bölməsinə hansı şəbəkəni filter etmək istəyiriksə onun public İP-sini yazırıq. Bunun üçün isə mütləq həmin şəbəkədə olmalıyıq və ya o şəbəkədə olan bir komputerdən bu sayta daxil olub İP-ni əlavə etdikdən sonra çıxa bilərik. Sonrakı prosesləri yenidən uzaqdan edə bilərik.

3. Public İP ni əlavə etdikdən sonra həmin İP üzərinə vurduqda aşağıdakı kimi web content filtering səhifəsi açılır. Öz istəyimizə görə ayarlamaq üçün Custom bölməsini seçirik. Block etmək istədiyim katiqoriyaları seçib APPLY düyməsini vururuq.

4. Əgər block etmək istəyidiyimiz kateqoriyanın daxilində işlətməli olduğumuz saytlarda varsa o zaman OpenDNS-in bizə yaratdığı bu imkandan istifadə edə bilərik. Always blok Never blok adlı, yalnız 20 domain yazıla bilən iki individual seçim verir.

5. Bu proseslər bitdikdən sonra artıq routerimizin dnslərini OpenDNS-in İP-ləri olan 208.67.222.222 208.67.220.220 -ə yöndlədirik və cihazlar yeni DNS-i götürmələri üçün modemi restart edirik

6. Artıq filtirimiz işləkdir. Sonrakı mərhələ isə statusları görməkdir. Məsələn hansı domainlərə çox müraciət olunub və ya hansı domainlər blocklandı. Statusu görmək üçün Settings bölməsində Stats and Logs -u seçirik. Enable stats and logs seçimini yandırıb apply edirik. Bir müddət sonra artıq loglar yığılmağa başlaycaqdır. Üst menuda STATS bölməsindən loglara baxa bilərik.

Bununlada OpenDNS qurarkən önəmli hissələri gördük. Firewall olmadan router ilə veb content filter etmək OpenDNS vasitəsi ilə mümkün oldu.

Qeyd: Bu bloku aşmaq üçün isə cihazda DNS-ləri 8.8.8.8 -ə dəyişmək mümkündür. DNS-ləri dəyişdikdə işləməməsi üçün isə routerde bilinən DNS-lərə trafik axınını kəsmək lazımdır.

Oxuduğunuz üçün təşəkkürlər.

Rustam
Author: Rustam

Rəy yaz