Sisteminizin əməli yaddaşını artıran zaman, əlavə edəcəyiniz RAM ilə sistemin özündə olan RAM eyni özəlliklərə sahib olmalıdır. Bəzən bütü özəllikləri eyni olub istehsalçı şirkəti fərqli olan Ramlar da birlikdə işləməyə bilirlər.
ECC quraşdırılmış bir sistemdə, ECC Ram taxılı olduğu sistemə Non-ECC Ramı taxıldıqda ECC(error-checking and correcting və ya error correction code) funksiyası aradan qaldırılır. Sisteminizə quraşdırılmamış ECC və Non-ECC Ramlar birlikdə çox rahat şəkildə işləyəcəkdir. Amma ECC Ramların inkişaf etdirilmiş xüsusiyyətləri deaktiv olunancaq. Bu ramlar server və workstationlarda (dəstəkləyən) daha çox istifadə olunur. Bunun səbəbi isə bu ramların cihazın digər hissələri ilə baş verən xətaları özü sürətli şəkildə həll edir. Sadə şəkildə desək, sistemin hardware -də yaranan bit xətalarını ECC dəstəyi ilə təsdiqlənir və təkrarlanmasının qarşısı alınır, beləliklə sistemin sürətli işləməsini təmin edir. Serverlər və workstationlarda xüsusilə ECC dəstəyi olan ramlardan istifadə edilməlidir.
Sisteminizdə quraşdırılmış əməli yaddaşın ECC olduğunu müəyyən etmək üçün ən asan yol, ramın üzərindəki chipləri hesablamaqdır. ECC yaddaş modulları 3 (9-18) və ya 5 (5-10) tam bölünə bilən chip sayına malikdir. Hər bir üzdəki bu artiq çip: məlumatların yaddaşla düzgün oxunduğu və yazıldığını yoxlayır əgər bir səhv varsa bu chip düzəliş tələbi yaradır. Məlumat düzgün yazılmadıqda, bu əlavə çip səhv növünə görə lazımi düzəlişləri həyata keçirir. Məlumatlar səhv aşkar edildikdə və düzəldilmirsə, eyni məlumatlar prosessordan yenidən tələb olunur. Bu şəkildə səhv məlumatlar yenisi ilə əvəz olunur. Non-ECC Ramlarda səhv yoxlama-düzəliş funksiyası yoxdur. Düzəliş çipi (ECC) onlara daxil olmadığından, chiplərin ümumi sayı 3 və ya 5 tam bölünmür. Ram üzərində çip sayı 4 və ya 4x qədər olur.


ECC çiplərinin istifadəsi sistem performansında 2% azalma ilə nəticələnə bilər. Lakin, disk oxuma-yazma əməliyyatları daha çox olan iş yerlərində yaddaş səhvləri daha tez-tez yaşanır və bu səhvlərin aradan qaldırılması sisteminizə təhlükəsiz oxuma və yazma əməliyyatlarında performans əlavə edir.
Əgər adi bir kompüter istifadəçisi olsanız, günümüzün qabaqcıl Non-ECC yaddaş modulları günlük istifadə üçün kifayət edəcəkdir. Biznes və ya məlumatların bütövlüyü tələb edən sistemlər üçün ECC yaddaş modulları tövsiyə olunur.